330x110
 

Vəziyyət kifayət qədər ciddidir – Azərbaycanın baş infeksionisti

18.06.2020,14:05


18 iyun, Fineko/abc.az. Hazırkı şəraitdə tələb edilən yerlərdə və hallarda tibbi maskadan istifadə etməyənlər qınanılmalıdır.

ABC.AZ xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hazırda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalarda vəziyyət gərgindir.

C.İsayev deyib ki, bu qədər xəbərdarlığın edilməsinə baxmayaraq, insanlar tibbi maskadan istifadə məsələsinə hələ də şübhə edir:

“Artıq modul tipli xəstəxanalar da fəaliyyətə başlayır. Digər xəstəxanalar da pandemiya xəstəxanalarının sırasına qoşulur, müvafiq tibb müəssisələrində koronaviruslu xəstələr üçün ayrılan şöbələrin sayı artırılıb. Amma həm ağır xəstələrin, həm də xəstəlikdən ölənlərin sayı getdikcə artır. Bu da onu göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Bu vəziyyətin özü vətəndaşlarımıza birbaşa xəbərdarlıq edir ki, məsələyə çox ciddi yanaşmaq lazımdır".