Bu obyektlərə məhdudiyyət qüvvədə qaldı - Siyahı

18:50 - 18.06.2020


18 iyun, Fineko/abc.az.   Otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası əvvəlki kimi qüvvədə qalır. 

ABC.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

 O bildirib ki, buna baxmayaraq 65 yaşdan yuxarı insanlar evdən küçəyə çıxa biləcək: "Lakin tövsiyə olunur ki, hər kəs mümkün qədər evdə qalsınlar. Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Bulvar və parklara giriş sərbəstdir. Sabah bunlar barədə ətraflı məlumat veriləcək".

  Müəllif: Elmir Murad

Bütün xəbərlər