330x110
 

COVİD-19 xəstələrinin müşahidə altında evdə müalicəsinə hazırlıq görülür – Açıqlama

19.06.2020,10:52


19 iyun, Fineko/abc.az. Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, sözügedən məsələ ilə bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək: "E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq. Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və təhlilə əsasən müalicələrin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək”.

Müəllif: Elmir Murad