Sərt karantin rejimində aptek və marketlər işləyəcək – Detallar bu gün açıqlanacaq

11:46 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iyunun 21-dən iyulun 5-dək Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Yevlax şəhərlərində xüsusi karantin rejimi tətbiq olunacaq.

ABC.AZ xəbər verir ki, sərt karantin rejimi tətbiq olunsa da bu dövrdə market və apteklər fəaliyyət göstərəcək.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 18-də keçirilən brifinqd deyib.

O bildirib ki, aprel ayında tətbiq edilən karantin rejimi kimi bu dəfə də insanlar SMS vasitəsilə icazə alaraq market və apteklərdə alış-veriş edə biləcəklər. Dəqiq qaydalar bu gün açıqlanacaq.

 

Bütün xəbərlər