Bu şəxslər elektron nəzarət vasitəsi gəzdirə bilər – Təklif

14:50 - 19.06.2020


19 iyun, Fineko/abc.az.  Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslərin elektron nəzarət vasitəsi gəzdirməsi təklif olunur.

ABC.AZ-ın məlumatına görə, belə bir maddə Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Bütün xəbərlər