Üç şagird imtahana buraxılmayıb – Bədən hərarətləri yüksəkmiş

16:51 - 19.06.2020


19 iyun, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi iyunun 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən ABC.AZ-a verilən məlumata görə, ilkin məlumatlara əsasən 3 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

 

Bütün xəbərlər