Bakıətrafı qəsəbələrdə su problemləri aradan qaldırılır

17:18 - 19.06.2020


19 iyun, Fineko/abc.az.  “Azərsu” ASC tərəfindən Binəqədi rayonunun Gülüstan yaşayış massivi və 1-ci mədən 18-ci korpus adlanan ərazisində, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçələrində, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində, Suraxanı rayonu S.Əliyev küçəsində yeni xətlər çəkilir.  

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Xəbər verilir ki, Gülüstan yaşayış massivi və Binəqədi qəsəbəsinin bir hissəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə Ceyranbatan-Zirə magistral kəmərindən yeni birləşmə verilib.

Binəqədi rayonunun 1-ci mədən18-ci korpus ərazisində isə 1,2 km uzunluğunda yeni su şəbəkəsi yaradılır. Yeni şəbəkədən bütün evlərə  birləşmələr veriləcək, bununla da ərazidə su təchizatında dayanıqlıq təmin ediləcək.
Sabunçu və Suraxanı rayonlarının adıçəkilən ərazilərində tikiləcək daşıyıcı xətlər yay aylarında suya tələbatın artdığı vaxtlarda Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçəsi, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi, Suraxanı rayonu S.Əliyev küçəsinin dayanıqlı su təminatına imkan verəcək.

Bütün xəbərlər