Tanınmış şirkət nizamnamə kapitalını azaldır – Hazırda 173,4 milyon manatdır

10:40 - 22.06.2020


22 iyun, Fineko/abc.az. "Silk Way West Airlines" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin “Vergilər” qəzetində qeyd olunub.

Bununla belə, hazırda kapitalı 173,4 milyon manat olan şirkət bu göstəricini nə qədər azaldacağı açıqlamayıb.

Qeyd edək ki, "Silk Way West Airlines" 2012-ci ildə yaradılıb. Şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

 

Bütün xəbərlər