330x110
 

Avropa İttifaqının Azərbaycanda yeni layihəsi başladı – Böyük məbləğ ayrılıb

23.06.2020,10:12


23 iyun, Fineko/abc.az. Şərq Tərəfdaşlığına daxil olan altı ölkədə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynada Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Avropa üzrə Regional Ofisinin həyata keçirəcəyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinə start verilib.

ABC.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, layihənin məqsədi sözügedən ölkələrdə COVID-19 virusunun yayılmasının qarşısının alınması, onun aşkarlanması və cavab tədbirləri, o cümlədən şərq qonşularının ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsidir.

Layihə iki il müddətinə davam edəcək. Bu məqsədlə ümumilikdə 30, 5 milyon avro pul ayrılıb. Sözügedən uzunmüddətli layihə ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı hazırlığı, koordinasiyanı, virusun aşkarlanması və bununla bağlı cavab tədbirlərini gücləndirmək, yerli səhiyyə sisteminin dayanıqlığını təmin etməyə xidmət edəcək.