Sahibkarlar bundan sonra krediti belə də ala biləcək – Yeni platforma yaradılacaq

10:52 - 23.06.2020


23 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bundan sonra sahibkarın götürdüyü kreditin 10 faiz bəndi dövlət tərəfindən ödəniləcək.

ABC.AZ-ın məlumatına görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib.

Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.

N.İbadova bildirib ki, bunula bağlı elektron platformanın yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır. Sahibkarlar elektron platforma üzərindən müraciət etməklə, dövlət zəmanətli kreditlər ala biləcək.

 

Bütün xəbərlər