330x110
 

Koronovirus Bakının ən çox bu rayonlarında yayılıb – Siyahı

23.06.2020,14:37


23 iyun, Fineko/abc.az. Bakı və Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, statistik göstəricilər koronavirusinfo.az saytında qeyd olunub.

Göstəricilərə görə, yoluxma halları Bakı şəhərində artaraq 52.0 faiz olub. Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə, Bakının Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,3 faizi adıçəkilən rayonda yaşayır.

Yoluxanların Yasamal və Xətai rayonlarının payına düşən hissəsi hər birində 12,2 faiz təşkil edir.

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 11,7 faizi Sabunçu rayonunda, 10,9 faizi Nəsimi rayonunda, 9,2 faizi Suraxanı rayonunda, 8,8 faizi Nərimanov rayonunda, 7,9 faizi Nizami rayonunda, 6,0 faizi Qaradağ rayonunda, 4,3 faizi Xəzər rayonunda, 4,2 faizi Səbail rayonunda, 0,3 faizi isə Pirallahı rayonunda yaşayanlardır.

Qeyd edək ki, Səbail rayonunda yoluxanların sayı ötən dövrlə nisbətdə artıb.