Televiziya kanallarının reytinqi hazırlanıb

11:27 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Azərbaycanda ən çox baxılan televiziya kanallarının adları açıqlanıb.

ABC.AZ Milli Televiziya və Radio Şurasına istinadən xəbər verir ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə olub ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir.

Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, Xəzər, ARB, Space, İTV, Real, Lider) baxış təşkil edib.

1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olub.

 

Bütün xəbərlər