Şirkətlər 355 milyon 907 min manat sığorta haqqı yığıb – Hesabat

16:09 - 25.06.2020


25 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayı üzrə (yanvar-may) dövründə Azərbaycanın sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə sığorta şirkətləri tərəfindən 355 milyon 907 min manat sığorta haqları toplanıb.

Müqayisə üçün qeyd edək ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 36 milyon 635 min manat və ya 11,5% çoxdur.

Sığorta ödənişlərinə gəlincə isə bəhs olunan dövrdə 136 milyon 800 min manat sığorta ödənişləri həyata keçirilib.

Bu da ötən ilin eyni dövrünə nisbətdə 43 milyon 23 min manat və ya 45,9% artıq deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər