Koronavirusun ən çox yayıldığı bölgələr – Siyahı

10:47 - 29.06.2020


29 iyun, Fineko/abc.az. Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, yoluxmanın 53,4%-i Bakının payına düşür.

Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub. 

 

Bütün xəbərlər