SMS-icazələrə limit qoyuldu – Dəyişiklik

14:54 - 29.06.2020


29 iyun, Fineko/abc.az. SMS-icazə sisteminə limit qoyulub.

ABC.AZ xəbər verir ki, bunu açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, buna səbəb SMS-icazə sistemindən sui-istifadə hallarına yol verilməsidir.

E.Niftəliyevin sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir.

Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

 

Bütün xəbərlər