Əmlak və kapital amnistiyası gözlənilir – Müzakirə aparılır

12:30 - 30.06.2020


30 iyun, Fineko/abc.az. Azərbaycanda əmlak və kapital amnistiyası ilə bağlı müzakirələr aparılır.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, hazırda məsələ İşçi qrup səviyyəsində müzakirə olunur.

Onun sözlərinə görə, buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir: “Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər