Azərbaycanla Türkiyə arasında imzalanmış Saziş təsdiq olunub – Prezident Qanunu imzalayıb

14:11 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

ABC.AZ-ın məlumatına görə, qanunla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

 

Bütün xəbərlər