“Lombardlar haqqında” qanun layihəsində bəzi dəyişiklik olub – Millət vəkili

15:37 - 2.07.2020


2 iyul, Fineko/abc.az. “Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iş planına daxil edilib.

Komitədə bununla bağlı İşçi qrup yaradılıb”.

ABC.AZ-ın apa-ya istinadən məlumatına görə, bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, qanun layihəsi üzərində 1 aya yaxın  iş gedib. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib. “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin  2020-ci il payız  sessiyasında müzakirəyə çıxarılacaq”.

Ə. Məsimli “Təhsil kreditləri haqqında” Qanun layihəsinin yeni variantda hazırlandığını da nəzərə çatıdırıb: "Qanun layihəsi paket halında müzakirəyə hazır vəziyyətə gətirilib”.

 

Bütün xəbərlər