Kirayə mexanizmi üzrə mənzil fondunda 437 ev var – Fonddan açıqlama

15:48 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Ötən dövr ərzində Fondun razılıq barədə qərarını əldə edən 299 vətəndaş mənzil seçimini edib və onlardan 213-ü ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

İpoteka və Kredit Zəmanət Fondundan ABC.AZ-a daxil olan məlumata görə, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 437 mənzil var.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən  əldə etmək mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər