Fond tərəfindən bu qədər ipoteka krediti verilib – Məbləğ

15:59 - 2.07.2020


2 iyul, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan ABC.AZ-a bildirilib ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 29 min 203 ipoteka krediti verilib.

Qeyd edək ki, Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 484,4 milyon manatdan çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər