Bu siniflərə qəbul başlayır – Elektron qaydada

16:07 - 6.07.2020


6 iyul, Fineko/abc.az. Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçimi başlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ABC.AZ-a verilən məlumata görə, məktəb seçimi iyulun 8-i saat 11:00-dan başlayacaq.

Bildirilir ki, valideyn şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər.  Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Bakıda yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə ilk növbədə valideyni qeydiyyat ünvanı üzrə həmin məktəbin ərazisində yaşayan, həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Bütün xəbərlər