Bu rayonda 100 tondan çox tütün yığılıb

12:16 - 7.07.2020


7 iyul, Fineko/abc.az. Balakən rayonunun təsərrüfatçıları indiyədək sahələrdən 100 tondan çox yaş tütün yarpağı yığıblar.

Yaşıl kütlənin 65 tonu “Virciniya botaniki”, 37 tonu isə yerli “İmmuniy” növlü tütündür.

ABC.AZ xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il rayonun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilib.

Balakənli fermerlər cari mövsümdə 389,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 32,5 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər.

 

Bütün xəbərlər