Yarım milyona yaxın şəxsə sosial müavinət ödənilib – 6 ayda

10:29 - 8.07.2020


8 iyul, Fineko/abc.az. Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 455,4 min nəfərə sosial müavinət ödənilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub. 

Qeyd olunub ki, həmin dövrdə Nazirliyin xətti ilə Prezident təqaüdləri ilə təmin olunanların sayı 287,5 min nəfər olub. Yanvar-iyun aylarında ümumilikdə 742,9 min nəfərə sosial müavinət və təqaüd verilib.

Bu ilin 6 ayında müavinət və təqaüdlər formasında əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox olmaqla, 475 milyon manat ödənilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər