ABŞ ÜST-dən çıxdığını elan etdi

10:48 - 8.07.2020


8 iyul, Fineko/abc.az. ABŞ Ümumdünya Səhiyyə Təşkilatından rəsmi olaraq çıxdığını elan edib.

ABC.AZ-ın məlumatına görə, bunu prezident Donald Tramp bildirib.

Amerikanın nüfuzlu CNN kanalı isə məsələ ilə bağlı reportajda qeyd edib ki,  qərar 2021-ci il 6 iyul tarixində qüvvəyə minəcək.

Qeyd edək ki, D. Tramp bir müddət əvvəl ÜST-ü tənqid edərək, qurumun koronavirus infeksiyasının yayılması ilə yetərli mübarizə aparmadığını bildirmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər