Amrah Sığorta bazarı tərk edir? – Açıqlama

17:16 - 8.07.2020


8 iyul, Fineko/abc.az. "Azərbaycan Mərkəzi Bankının "Amrah Bank" ASC-nin lisenziyasını ləğv etməsinin "Amrah Sığorta"ya mənfi təsiri azdır və şirkətin bazarı tərk etməsi gözlənilmir".

ABC.AZ-ın report-a istinadən məlumatına görə, bunu açıqlamasında "Amrah Sığorta"nın İdarə Heyətinin sədri Emil Ağasıyev deyib.

O, bu barədə bir qədər əvvəl lisenziyası ləğv edilmiş "NBC Bank" ASC-yə yaxın sığorta şirkəti - "Rəvan Sığorta" ASC-nin bazarı tərk etməsi ssenarisinin rəhbərlik etdiyi maliyyə qurumunda təkrarlanması ehtimalına münasibət bildirərkən danışıb.

"Bizim topladığımız sığorta haqlarında bank kreditlərinin payı elə də yüksək olmayıb. Portfelimizi kifayət qədər şaxələndirmişik və xüsusilə avtomobil sığortası sahəsində uğurla fəaliyyət göstəririk, müştərilərimizə normal xidmət edirik, odur ki, maliyyə vəziyyətimiz yaxşıdır və bazarı tərk etməyəcəyik", - sədr qeyd edib.

 

 

Bütün xəbərlər