Bilet satan səhv etdi – Pensiyaçı isə milyonçu oldu

11:16 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Kanadada çox nadir və xoş hadisə baş verib. Belə ki, pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.

ABC.AZ xəbər verir ki, 82 yaşlı Kombermer sakini “Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona “Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. “Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.

Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər