Bu sığorta növündə edilən ödənişlər 94 faiz azalıb – Hesabat

11:58 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Aprel-may aylarında ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar avtomobillərdən istifadə hallarının minimuma enməsi digər aylara nisbətən avtonəqliyyat hadisələri üzrə edilən ödənişlərin miqadarının azalması ilə nəticələnib.

ABC.AZ Azərbaycan Sığortaçılar Assosiasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, bu səbədən 2020-ci ilin aprel ayında sözügedən sığorta növü üzrə edilən ödənişlərdə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23% azalma olub.

May ayında da izolasiya tədbirlərinin davam etdirilməsi ay ərzində edilən ödənişlərin ötən il ilə müqayisədə 94% azalmasına səbəb oldu. Lakin buna əsasən demək olmaz ki, hazırki rəqəm il ərzində şirkətlər üçün 110% zərəli olan bir məhsul üçün müsbət göstəricidir. 

Aprel və mayda həyata keçirilən məhdudlaşdırıcı tədbirlər AVSMMİS müqavilələrinin təzələnməməsi ilə nəticələnib. Beləliklə, 2020-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 43%-lik azalma baş verib. Ümumən, cari ilin ilk 5 ayında isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18% azalma müşahidə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər