Azərbaycanda maaşları artan sahələr – Siyahı

14:21 - 9.07.2020


9 iyul, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Statistika Komitəsi bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Komitə bununla yanaşı bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısının miqdarını da ictimaiyyətə bildirib.

Məlum olub ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 24,9% artaraq 728,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

Bütün xəbərlər