Bakıdakı polis postları artırıldı – Açıqlama

11:40 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Bakıda xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş mobil polis postlarının sayında artım müşahidə olunur. Belə ki, bu gün səhər paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparıb.

ABC.AZ apa-ya istinadən məlumat verir ki, bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərini əhatə edən bütün küçə və prospektlər polis əməkdaşlar tərəfindən tam nəzarətə götürülüb: “Xidmətdə müvəqqəti mobil postların yaradılaraq təşkil edilməsi ilə bağlı göstəriş var. Hazırda bu cür xidmət aparılır. Sərt karantin rejiminə nəzarəti əməkdaşlarımız bir neçə üsulla həyata keçirir. Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”.

 

Bütün xəbərlər