15:42 - 22.01.2018
22 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) cari ilin planlarını müəyyənləşdirdi.
AzTa-nın rəhbəri Nahid Bağırov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, cari ildə Assosiasiya, hazırda Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ-dən gələn turistlərin rəhbərlik etidiyi turist axınının strukturunu dəyişdirməyi planlaşdırır.
“2018-ci ildə turist axınının əlavə artımı gözlənilir, Turizm Assosiasiyası isə, ölkənin turizm potensialının təbliğ edilməsi prosesinə öz tövhəsini verməyi və dünyanın digər ölkələrindən turistləri cəlb etməyi planlaşdırır. Biz, xüsusilə Polşa və İsraildən turist axınının artımını gözləyirik, çünki yay mövsümündə bu ölkələrdən həftədə üç dəfə birbaşa çarter uçuşları təşkil etmək planlaşdırılır”, - N.Bağırov belə deyib.
Onun sözlərinə görə, artan tələb nəticəsində, Turizm Assosiasiyası həmçinin birbaşa reyslərin təşkili haqqında danışıqların aparılması üçün, Hindistandan olan həmkarları ilə müzakirələr aparacaq.
Dekabrın 30-dan Azərbaycanın Turizm Assosiasiyasının Hindistanda nümayəndəliyi fəaliyyətə başlayacaq.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024