Bu şəxslərə 2 milyard manatdan çox ödəmələr olub – 6 ayda

15:15 - 13.07.2020


13 iyul, Fineko/abc.az. 2020-ci ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə sosial təminat növləri üzrə və birdəfəlik ödəmə formasında 1,3 mln. nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2 mlrd. 250 mln. manat vəsait ayrılıb.

Bu barədə ABC.AZ-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Bu isə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox deməkdir. Bununla yanaşı 743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə 475 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 151 mln. manat və ya 46,6 faiz çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər