Pensiyaçılara ödənilən vəsaitlər artıb – Hesabat

15:29 - 13.07.2020


13 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə 105 mln. manat ödənilib.

Bu barədə ABC.AZ-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bu ötən ilin müvafiq dövrünə nisbətən 40,4 mln. manat və ya 62 faiz çoxdur.

Beləliklə, 2020-ci ilin 6 ayında Nazirlik tərəfindən 3 mln. nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edilib. Həmin istiqamətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 860 mln. manat və ya 40 faiz çox olmaqla ümumilikdə 3 mlrd. 59 mln. manat vəsait ödənilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər