Şabran rayonunun içməli su problemləri həll olunur

15:32 - 13.07.2020


13 iyul, Fineko/abc.az. “Azərsu” ASC kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Beləki, Şabran rayonunun Taxtalar kəndinin içməli su probleminin həlli məqsədilə layihə hazırlanıb. Layihəyə əsasən, kəndin içməli su təchizatı Şabran şəhəri yaxınlığındakı su anbarı hesabına təmin olunacaq.

Taxtalar kəndi relyef baxımından yüksəklikdə olduğundan suyun kəndə nəqli üçün nasos stansiyası quraşdırılacaq. Bundan başqa kənd ərazisində müxtəlif  məhəllələrdə əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulaq quraşdırılacaq. Bununla da Şabran rayonunun Taxtalar kəndinin 1000-dək sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

 

Bütün xəbərlər