ABŞ COVİD 19 əleyhinə vaksin istehsalına başlayır – Vaxt açıqlandı

11:22 - 14.07.2020


14 iyul, Fineko/abc.az. ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.

ABC.AZ xəbər verir ki, vaksinlərin 2021-ci ilin başlanğıcında 300 milyon dozasının istehsal ediləcəyi gözlənilir.

Vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.

 

 

Bütün xəbərlər