Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə üzrə Tədbirlər planı təsdiq edilib

12:44 - 10.10.2017


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə  Tədbirlər planını təsdiq edib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına tədbirlər planının icrası  haqqında Azərbaycan Prezidentini məlumatlandırmaq və digər əlaqədar məsələləri həll etmək tapşırılıb.

Habelə, qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə  Tədbirlər planının dövlət başçısının təsdiqi  haqqında sərəncamından irəli gələn məsələlərin həll edilməsi, Azərbaycanın Nazirlər Kabinetinə tapşırılmışdır.

 

Bütün xəbərlər