Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar – Siyahı

15:58 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu rayonda yoluxma 12.7 faiz, Yasamalda 12.0 faiz, Xətaidə 12.1 faiz, Sabunçuda 12.2 faiz, Nəsimidə 10.3 faiz, Nərimanovda 8.7 faiz, Suraxanıda 8.4 faiz, Nizamidə 8.3 faiz, Qaradağda 6.1 faiz, Səbaildə 4.6 faiz, Xəzər rayonunda 4.2 faiz, Pirallahıda 0.3 faiz qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 24570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Bütün xəbərlər