Sosial yardım bundan sonra 1 illik təyin olunacaq – Dəyişiklik

17:13 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

ABC.AZ xəbər verir ki, qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, indiyə qədər sosial yardım 2 il müddətinə təyin olunurdu.

 

Bütün xəbərlər