Sosial yardım alanlar çoxalacaq – Prezident dəyişikliyi təsdiqlədi

17:20 - 14.07.2020


14 iyul, Fineko/abc.az. Sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilib.

ABC.AZ xəbər verir ki, bu barədə bənd Prezident İlham Əliyevin təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklikdə qeyd olunub.

Qanunun 3-cü maddəsinə ( Sosial yardım almaq hüququ olan ailələr) olunan dəyişikliklə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.

 

Bütün xəbərlər