Pandemiya Bakı sakinlərinə necə təsir edib? – Sorğu

10:54 - 15.07.2020


15 iyul, Fineko/abc.az. Bakı əhali arasında keçirilən sorğu nəticəsində məlum olub ki, pandemiya respondetlərin 48 %-nin həyatına müəyyən təsir edib.

ABC.AZ xəbər verir ki, sorğunu “ACT Azərbaycan” keçirib.

Sorğu zamanı məlum olub ki, hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib. Əksəriyyət qeyd edib ki, karantin rejimində ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətlərdən məhrum olmaqlarıdır.

Qeyd edək ki, sorğu Bakı şəhərində 400 respondent arasında keçirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər