İran koronavirusun ikinci dalğasını yaşayır – Həsən Ruhani

10:28 - 16.07.2020


16 iyul, Fineko/abc.az. İran koronavirus pandemiyasının ikinci dalğasını yaşayır.

ABC.AZ-ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O qeyd edib ki, İran xalqı bunu da geridə qoymağı bacaracaq.

Qeyd edək ki, ölkədə yoluxma sayının sürətlə artımına baxmayaraq, İran rəsmiləri hələ də ilk dalğanın yaşandığını bildirirdilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər