Müəllim işləmək istəyənlər üçün qəbul başladı – Detallar

11:11 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb.

Təhsil Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Bütün xəbərlər