Səfərbərlik Xidmətinə xanımlar da müraciət edir – Açıqlama

15:39 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Xanımlar da Silahlı Qüvvələrə könüllü xidmətə getmək istəyir.

ABC.AZ məlumat verir ki, bunu bu gün keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

O qeyd edib ki, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün dörd mindən artıq şəxs müraciət edib. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər