Azərbaycan enerjiyə qənaət üçün “Royal Phillips” texnologiyasını tətbiq etməyə başlayır

10:58 - 23.01.2018


23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

Dövlət başçısının rəsmi saytında xəbər verilir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Frans van Houten bildirib ki, şirkət, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirir. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.