Daha 159 nəfər Bakıya gətirildi – Bu dəfə Daşkənddən

11:09 - 17.07.2020


17 iyul, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-da axşam saatlarında çarter reysi ilə Daşkənddən 159 Azərbaycan vətəndaşını Bakıya gətirib.

AZAL-dan ABC.AZ-a bildirilib ki, uçuşa yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər