Qəbul imtahanlarının vaxtı açıqlandı

14:22 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Növbəti buraxılış (qəbul) imtahanları 23-24 iyul tarixlərində keçiriləcək.

DİM-dən ABC.AZ-a daxil olan məlumata görə, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər.

Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər