İmtahan keçirilməsi üçün Operativ Qərərgahdan icazə alınıb – Məleykə Abbaszadə

14:50 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, DİM sədri qeyd edib ki, buraxılış (qəbul) imtahanlarını 60 min insan həsrətlə gözləyir.

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda gələn və ondan sonrakı həftələrdə imatahanların keçirilməsi üçün Operativ Qərargahdan icazə alıb: "İyun ayının 10-dan iyul ayının 10-a kimi bir ay müddətində 143 min insan üçün karantin rejimində imtahan təşkil olunub. Onlardan 123 mini artıq nəticələrini öyrənib və 20 minə yaxını da bu yaxınlarda öyrənəcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər