Yoluxma sayı azalarsa, sərt karantin yumşaldıla bilər – Baş infeksionist

15:57 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Karntin rejiminin daha 2 həftə uzadılması gözlənilir. Hazırkı situasiya bunu diqtə edir.

ABC.AZ modern-ə istinadən xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, yoluxma sayında müəyyən stabilləşmə müşahidə edilsə də, bu, virusun tamamilə yox olması anlamına gəlmir:

“Dünən ilk dəfə yoluxanların sayı 500-lərdən 493-ə düşdü. Əsas bu stabilləşmənin növbəti günlərdə də müşahidə edilməsinə nail olmaqdır. Yoluxma sayında azalma əhəmiyyətli dərəcədə olarsa, sərt karantinin yumşaldılmasından söhbət gedə bilər”.

Baş infeksionist deyib ki, orduya dəstək məqsədilə ötən günlərdə əhalinin aksiyaya toplaşması yoluxma sayının artımına səbəb olacaq.

 

Bütün xəbərlər