Prezidentdən Komitə barədə Fərman

16:24 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Prezidentin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Prezident tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.

Qeyd edək ki, indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini var idi.

 

Bütün xəbərlər