Ölkədə koronavirusdan sağalanların sayı rekord həddə çatıb - 645 nəfər

19:00 - 18.07.2020


18  iyul, Fineko/abc.az.  Azərbaycanda koronavirusdan sağalanların sayında müsbət dinamika müşahidə olunur. Ötən sutka ərzində koronavirus infeksiyasına 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırda ölkədə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.

Bütün xəbərlər