Bu şəhər və rayonda xüsusi karantin rejimi bitdi – Adlar

10:25 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi bu gündən dayandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda bərbərxana və gözəllik salonlarının fəaliyyətinə də icazə verilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər